Sentyabrın 13-dən 16-dək Bakıda, 16-dan 19-na qədər isə Portuqaliyada futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı təşkil olunacaq. Toplanış çərçivəsində yığmamız sentyabrın 17-də və 18-də Portuqaliya millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Artıq toplanışa yollanacaq yığmamızın heyəti açıqlanıb. Fanat.az xəbər verir ki, Portuqaliyaya 14 futzalçımız yollanacaq. Onlardan 10-u "Araz"ın, 3-ü "Fənərbaxça"nın, 1-i "Ekol"un üzvüdü.
Qeyd edək ki, oyunların keçirilməsi ilə bağlı təklif Portuqaliya Futzal Federasiyası tərəfindən irəli sürülüb.
Buranello Laercio - “Araz”
Marat Salyanski - “Araz”
Elnur Zamanov - “Ekol”
Ribeyro Felipe - “Araz”
İsa Atayev - “Araz”
Seymur Məmmədov - “Fənərbaxça”
Elnur Qəmbərov - “Araz”
Eduardo Mello Borges - “Araz”
Mashado Dos Santos Nilson - “Araz”
Vitali Borisov - “Araz”
Fərid Ələkbərov - “Fənərbaxça”
Ramiz Covdarov - “Araz”
Fernandes Amadeu - “Araz”
İlkin Hacıyev - “Fənərbaxça”
Fanat.az