Topaz Premyer Liqasında XXX tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda "Qəbələ" autsayder "Rəvan"ı sınağa çəkib. Son 5 turda qələbəyə həsrət qalıb, cəmi 2 xal qazanan "Qəbələ" uğursuzluğa son qoyub. Matçın ilk yarısı qolsuz başa çatıb. 61-ci dəqiqədə Saşa Yunisoğlu qırmızı vərəqə alaraq qonaqları azlıqda qoyub. 80-ci dəqiqədə Asif Məmmədov hesabı açıb. 5 dəqiqə sonra Aleksey Antonov matçın son qolunu vurub - 2:0.
Qeyd edək ki, turun iki oyunu sabah, ikisi bazar günü baş tutacaq.
Premyer Liqa
2015/16 mövsümü
III dövrə, XXX tur
15 aprel
Qəbələ - Rəvan 2:0
Qollar: Asif Məmmədov, 80. Aleksey Antonov, 85.
Qəbələ: 22. Dmitri Bezotosni, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov (66. Samir Zərgərov, 46), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Urfan Abbasov (32. Rəşad Eyyubov, 72), 69. Aleksey Antonov, 87. Ruslan Abışov (3. Vojslav Stankoviç, 29).
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 5. Pavel Paşayev, 18. Vadim Abdullayev, 77. Ehtiram Şahverdiyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Rəvan: 1. Rəşad Əzizli, 2. Ruslan Tağızadə, 3. Saşa Yunisoğlu, 4. Kənan Müslümov, 8. Məmməd Quliyev, 9. Nuran Qurbanov (7. Elvin Həsənəliyev, 83), 13. Cəmşid Məhərrəmov (99. Əziz Hüseynov, 86), 15. Ceyhun Abdullayev (86. Yasin Həmid, 56), 16. Orxan Lalayev, 17. Ramazan Abbasov (k), 21. Novruz Məmmədov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 5. Mirkamil Haşımlı, 11. Elnur Abdulov, 29. Əziz Quliyev.
Baş məşqçi: Bəhmən Həsənov.
Sarı vərəqələr: Rikardinyo, 68 (fitdən sonra topa zərbə). Elvin Camalov, 73 (sistematik qayda pozuntusu). Asif Məmmədov, 76 (qeyri-idman hərəkəti). Voоislav Stankoviç, 88 (qeyri-idman hərəkəti) - Saşa Yunisoğlu, 54 (qeyri-idman hərəkəti); 61 (kobud oyuna görə).
Qırmızı vərəqə: Saşa Yunisoğlu, 61.
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu. 600 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 29 | 20 | 6 | 3 | 53-18 | 66 |
2 | Zirə | 29 | 16 | 8 | 5 | 38-22 | 56 |
3 | İnter | 29 | 13 | 9 | 7 | 27-18 | 48 |
4 | Qəbələ | 30 | 12 | 10 | 8 | 35-24 | 46 |
5 | Kəpəz | 29 | 12 | 9 | 8 | 35-30 | 45 |
6 | AZAL | 29 | 11 | 6 | 12 | 22-28 | 39 |
7 | Neftçi | 29 | 10 | 8 | 11 | 28-31 | 38 |
8 | Sumqayıt | 29 | 6 | 11 | 12 | 30-39 | 29 |
9 | Xəzər Lənkəran | 29 | 3 | 5 | 21 | 12-39 | 14 |
10 | Rəvan | 30 | 3 | 8 | 19 | 19-50 | 11 |
Bombardirlər | Nelson Bonilla (Zirə) - 13. Ruslan Qurbanov (Neftçi), Dani Kintana (Qarabağ) - 10. Riçard Almeyda (Qarabağ) - 9. Aleksey Antonov (Qəbələ), Amil Yunanov (Sumqayıt), Samuel Armenteros (Qarabağ), Aleksey Qay (Qəbələ) - 7. |
Qeyd: | FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib. |
Fanat.az