AZAL itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov Emin Cəfərquliyevin xidmətindən məhrum olub.
Belə ki, futbolçu cəzalı duruma düşüb. "Sumqayıt"la oyunun 65-ci dəqiqəsində oyunun bərpasını ləngitdiyinə görə cəzalanan Cəfərquliyev sarı vərəqə limitini doldurub. Mövsüm ərzində 8-ci xəbərdarlığı alan futbolçu XXXI turun "Rəvan"la oyununu buraxacaq.
Fanat.az