Topaz Premyer Liqasında XXXI tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Günün yeganə oyununda lider "Qarabağ" 3-cü pillədəki "İnter"i qəbul edib. "Azərsun Arena"da baş tutan matçda hesabı Reynaldo Silva açıb. Braziliyalı futbolçu 12-ci dəqiqədə rəqibi meydanın mərkəzinə dəvət edib. 50-ci dəqiqədə Muarem Muarem "İnter"i məyum edib. 75-ci dəqiqədə Fuad Bayramov qırmızı vərəqə alaraq "bankirlər"i azlıqda qoyub. Bununla da "Qarabağ" 2:0 hesablı qələbə qazanaraq çempionluq yolundu daha bir addım atıb.
"Qarabağ"ın məğlubiyyətsiz oyunlar seriyası 12-yə çatıb. Ardıcıl 8 turda qələbə qazanan Qurban Qurbanovun yetirmələri axırıncı dəfə XXIII turun 27 fevralda baş tutan "İnter"lə oyununda xal itirib (1:1), son məğlubiyyətini isə XIX turun 31 yanvarda keçirilən AZAL-la görüşündə alıb (0:1).
Beləliklə, "Qarabağ" cari mövsümdə "İnter"ə uduzmayıb. 3 matçda qələbə qazanan (2:0, 1:0, 2:0) ağdamlılar bir oyunda "sülh"ə (1:1) razılaşıb.
Qeyd edək ki, turun iki oyunu sabah, ikisi bazar günü baş tutacaq.
Premyer Liqa
2015/16 mövsümü
IV dövrə, XXXI tur
22 aprel
Qarabağ - İnter 2:0
Qollar: Reynaldo Silva, 12. Musarem Muarem, 50.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (22. Əfran İsmayılov, 83), 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva (90. Samuel Armenteros, 79), 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Muarem Muarem (97. Mahir Mədətov, 80).
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 18. İlqar Qurbanov, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev.
Baş məşqçi: Qurban Qurbanov
İnter: 79. Georgi Lomaya (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 6. Laşa Salukvadze, 7. Nika Kvekveskiri, 12. Ruslan Əmircanov, 14. Zurab Xizanişvili, 17. Vüqar Nadirov (19. Mirhüseyn Seyidov, 78), 20. Yuri Fomenko (11. Rauf Əliyev, 62), 24. Fuad Bayramov, 77. Mirsahib Abbasov (9. Qara Qarayev, 88).
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Laşa Kasradze, 33. Aqşin Quluzadə, 39. Elnur Süleymanov.
Baş məşqçi: Zaur Svanadze.
Sarı vərəqələr: Georgi Lomaya, 36 (hakim qərarına etiraz). Fuad Bayramov, 44 (qeyri-idman hərəkəti); 75 (qeyri-idman hərəkəti). Sertan Taşkın, 63 (qeyri-idman hərəkəti). Rauf Əliyev, 81 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Fuad Bayramov, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mehman Mahmudov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Azersun Arena”. 1500 tamaşaçı.
№ | Klub | O | Q | H/H | M | T/F | X |
1 | Qarabağ | 31 | 22 | 6 | 3 | 57-19 | 72 |
2 | Zirə | 30 | 17 | 8 | 5 | 39-22 | 59 |
3 | İnter | 31 | 13 | 10 | 8 | 28-21 | 49 |
4 | Kəpəz | 30 | 12 | 10 | 8 | 36-31 | 46 |
5 | Qəbələ | 30 | 12 | 10 | 8 | 35-24 | 46 |
6 | AZAL | 30 | 12 | 6 | 12 | 23-28 | 42 |
7 | Neftçi | 30 | 10 | 8 | 12 | 29-33 | 38 |
8 | Sumqayıt | 30 | 6 | 11 | 13 | 30-40 | 29 |
9 | Xəzər Lənkəran | 30 | 3 | 5 | 22 | 12-40 | 14 |
10 | Rəvan | 30 | 3 | 8 | 19 | 19-50 | 11 |
Bombardirlər | Nelson Bonilla (Zirə) - 14. Dani Kintana (Qarabağ) - 11. Ruslan Qurbanov (Neftçi) - 10. Riçard Almeyda (Qarabağ) - 9. |
Qeyd: | FIFA İntizam Komitəsinin müraciəti əsasında "Rəvan"ın aktivindən 6 xal silinib. |
Fanat.az