Azərbaycan Premyer Liqasının 31-ci turunda "Sumqayıt” öz meydanında "Kəpəz"ə 2:3 hesabı ilə məğlub olub. Fanat.az xəbər verir ki, oyundan sonra "Sumqayıt"ın baş məşqçisi Samir Abbasov matçla bağlı fikirlərini bildirib:
"Mətbuat konfransına gəlmək məcburi olmasaydı, bura gəlməzdim. İstəyirəm ki, çempionat tez başa çatsın. Bu heyəti tam dəyişəcəm. 12-13 futbolçu ilə danışıqlara başlamışıq. Yəqin ki, bu heyətdən cəmi 6 futbolçu saxlayacağıq”. (komanda.az)
Fanat.az