Premyer Liqanın VI turunda AZAL-la qarşılaşacaq "Qəbələ" böyük itki ilə üzləşib. Fanat.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən Rail Məlikov məşq zamanı ağır zədə alıb.
Futbolçunun 4 və ya 5 ay yaşıl meydanlardan kənarda qalması gözlənilir. Bu barədə klubun həkimi Rahim Məhərrəmov məlumat verib. Məhərrəmovun sözlərinə görə, müdafiəçinin ön çarpaz bağları qopub: "Zədənin ardından Rail dərhal müayinə olundu. Müayinə zamanı məlum oldu ki, müdafiəçimizin ön çarpaz bağları qopub. Bu idmanda çox ağır zədələrdən hesab olunur. Futbolçu sabah əməliyyat üçün Türkiyəyə yollanacaq. O, "Acıbadem" xəstəxanasında əməliyyat olunacaq. Bundan sonra o, 4 və ya 5 ay bərpa prosesi keçməlidi".
4-5 ay müddətinə sıradan çıxması Rail üçün 2013-cü ilin bitməsi anlamındadı.
Fanat.az