"Barcelona"nın təcrübəli qapıçısı Viktor Valdes təşkil etdiyi mətbuat konfransında klubuyla olan müqaviləsini yeniləməyəcəyini rəsmən bəyan etdi.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Valdes gələn mövsümdə də komandada qalacağını, ancaq 2014-cü ildə sona çatacaq olan müqaviləsini yeniləməyəcəyini açıqladı.
"Barcelona 20 ildir mənim ikinci evim oldu və mənə hər şeyi verdi. Bu klubda qapıçı olmağın təzyiqi həqiqətən çoxdur. Psixoloji olaraq artıq yoruldum və buradakı macəram 2014-cü ildə sona çatacaq. Bu, pulla əlaqədar verilmiş bir qərar deyil", deyə ulduz bildirib.
İdman24.az