"Komandaya gəldiyim gündən kiçik zədələr məndən əl çəkmirdi. Təəssüf ki bu dəfə çox ağır zədələndim". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Rail Məlikov deyib.
Türkiyədə əməliyyat olunacaq futbolçu 4 və ya 5 ay oynaya bilməyəcək. Məlikov ən qısa zamanda meydana dönməyə çalışacağını bildirib: "Sabah əməliyyat üçün Türkiyəyə yollanacam. İnanıram ki, əməliyyatım uğurla sona çatacaq və ən qısa müddətdə zədəmi bərpa edib komandanın düşərgəsinə dönəcəyəm. Klub rəhbərliyinə, həkim heyətimizə diqqətə və dəstəyə görə təşəkkür edirəm".
Fanat.az