"Milan" prezidenti Silvio Berlusconi klubun icraçı direktoru Adriano Galliani ilə bazar günü Massimiliano Allegrinin gələcəyi haqqında danışacaqlarını söylədi.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı məşqçi liqaya olduqca pis başlamış, ancaq 2013-cü ilin əvvəlindən etibarən komandanı ələ almağı bacarmışdı.
Berlusconi, "Bazar axşamından əvvəl Galliani və Allegri ilə görüşüb danışacağıq. Hər kəs klub üçün ən doğru qərarları verməyə çalışarsa problem olmadan qərar verərik", dedi.
İdman24.az