"Qəbələ" daha bir futbolçudan imtina edib. Fanat.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk Tərzin Cahangirovun komandaya qayıdışını istəməyib.
Tərzin 2015/16 mövsünü icarə əsasında "Zirə"də keçirib. Mövsüm bitəndən sonra komandadan ayrılan futbolçunun "Qəbələ"yə dönüşü baş tutmayıb. Onun karyerasını hansı klubda davam etdirəcəyi bilinmir.
Qeyd edək ki, Tərzin "Zirə"də 25 rəsmi oyun keçirib.
"Qəbələ" mövsümün sonunda Samir Zərgərov, Ermin Zets, Arif Daşdəmirov, Aleksey Qay, Dodo, Ruslan Abışovla yollarını ayırıb, Tellur Mütəllimovu yenidən "Zirə"yə icarəyə verib, Dmitri Bezotosnı, Rəşad Sadiqov və Asif Məmmədovla yeni müqavilə imzalayıb.
Fanat.az