"Qəbələ"dən ayrılan ukraynalı Aleksey Qay karyerasını vətənində davam etdirə bilər. Fanat.az xəbər verir ki, onun xidmətində iki Ukrayna klubu maraqlıdı.
Bunlardan biri Qayın2013-2015-ci illərdə Roman Qriqorçukun rəhbərliyi altında oynadığı "Çernomorets"di. Qriqorçuk onu bu klubdan özü ilə "Qəbələ"yə gətirmişdi. Alekseyin xidmətində maraqlı olan ikinci klub isə “Vorskla”dı.
Qeyd edək ki, Aleksey Qay "Qəbələ"də keçirdiyi 53 rəsmi oyunda 14 qola imza atıb. Qollardan 10-nu Premyer Liqada vuran ukraynalı 2015/16 mövsümündə komandanın bombardiri olub.
Fanat.az