Avropa klublarının yeni reytinq cədvəli açıqlanıb. Fanat.az xəbər verir ki, 708 klubun yer aldığı siyahıda Topaz Premer Liqanın 10 iştirakçısının da adı var.
Ən yaxşı göstəriciyə sahib komandamız olan "Qarabağ" 9 pillə geriləyib. Ağdam klubu 200-cü yerə düşüb.
"Xəzər Lənkəran" 16, AZAL 11, "İnter" 5, "Kəpəz" 3, "Zirə" 1 pillə geriləyib. Əvəzində, "Sumqayıt 21, "Neftçi" 10, "Qəbələ" 9, "Rəvan" 2 pillə irəliləyə bilib.
Topaz Premyer Liqasındakı klublar:
209 (200) “Qarabağ” - 1920 xal (-32)
296 (294) “İnter” - 1622 (-1)
330 (339) “Qəbələ” - 1549 (+41)
366 (376) “Neftçi” - 1447 (+41)
401 (390) AZAL - 1322 (-36)
410 (399) “Zirə” - 1303 (-29)
422 (419) “Kəpəz” - 1256 (-14)
428 (449) “Sumqayıt” - 1233 (+51)
511 (495) “Xəzər Lənkəran” - 1020 (-40)
527 (529) “Rəvan” - 972 (+17)
Qeyd edək ki, siyahıya həmişəki kimi “Barselona” başçılıq edir. İlk "onluq"da Kataloniya klubundan sonra ardıcıl olaraq “Real”, “Bavariya”, “Atletiko”, PSJ, “Yuventus”, “Borussiya” (Dortmund), “Mançester Siti”, “Arsenal” və “Benfika” qərarlaşıb.
Türkiyə klublarından ən yaxşı göstəriciyə malik olan “Fənərbaxça” (2798) 8 pillə geriləyərək, 43-cü yerə düşüb. “Beşiktaş” 52-ci (2656 xal) yerdəki mövqeyini qoruyub, “Qalatasaray” 4 komandanı geridə qoyaraq 75-ci (2470) yerə yüksəlib.
Fanat.az