"Sumqayıt" klubu Amil Yunanovdan sonra daha bir futbolçusu ilə müqavilə yeniləyib. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda qapıçı Tərlan Əhmədli ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü Tərlan Əhmədli 2015/16 mövsümündə "Sumqayıt"ın heyətində 9 qarşılaşmada 689 dəqiqə meydanda olub.
Fanat.az