Ruslan Abışov gələcək karyerası ilə bağlı açıqlama verib. Fanat.az xəbər verir ki, millimizin futbolçusu yaxın iki gün ərzində yeni klubunun adının bəlli olacağını bildirib.
"Qəbələ"dəki fəaliyyətimə görə klub rəhbərliyinə təşəkkür edirəm. Bəzi səbəblərə görə payatxtda oynamağı seçdim. İki günə yeni klubumun adına aydınlıq gələcək. Qarşıda bir xeyir iş olmalıdı. Seçimimdə də bu rol oynadı. Mənim üçün də yaxşı olar ki, seçdiyim klub Avroliqada çıxış edəcək. İranın "İstiqlal" klubundan da təklif var idi. Bu işlə qardaşım məşğul olurdu. Ancaq bu keçid alınmaya da bilər. Çünki məni istəyən komandanın baş məşqçisi kubok oyununda uduzduqdan sonra istefaya göndərildi. "Neftçi" mənim üçün doğma klubdu. Orda yaxşı günərim olub, çempionluq sevinci yaşamışam" deyə, Abışob bildirib.
Qeyd edək ki, Abışovun "Neftçi"yə keçəcəyi deyilir.
Fanat.az