"Qəbələ"nin dünən 2 illik müqavilə imzaladığı Filip Ozobiç Türkiyə Super Liqasında çıxış edə bilərmiş. Fanat.az xəbər verir ki, xorvat futbolçu "Gənclərbirliyi" ilə danışıqlar aparırmış.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hətta 3 gün öncə Türkiyənin aparıcı idman portalları Filip Ozobiçin "Gənclərbirliyi"ndə oynamağa razılıq verməsi ilə bağlı məlumat yayıb. Lakin o, dünən "Qəbələ" ilə müqavilə bağlayıb.
Fanat.az