2016/17 mövsümünə hazırlığı davam etdirən “Qəbələ” Bakıda baş tutan təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” I divizion təmsilçisi “Bakı” ilə görüşüb. Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda baş tutub. "Qəbələ" oyunun hər hissəsini fərqli heyətlə keçirib. Matç 1:1 hesabı ilə nəticələnib.
“Qəbələ” növbəti yoxlama oyununu iyunun 15-də keçirəcək. Roman Qriqorçukun yetirmələri U-19 Liqasında çıxış edən futbolçulardan ibarət yığma ilə üz-üzə gələcək. “Bakı”nın bazasında baş tutacaq qarşılaşma saat 18.00-da başlayacaq.
Fanat.az