Növbəti mövsümün hazırlıqlarına start verən "Neftçi" ilk tansferini rəsmiləşdirməyə yaxındı. Fanat.az Sport7.az-a istinadən xəbər verir ki, "ağ-qaralar" Edson Kastilyo ilə anlaşıb.
Venesuelanın U-21 millisində çıxış etmiş yarımmüdafiəçi paytaxt təmsilçisinin Boludakı düşərgəsinə qouşulacaq. 22 yaşlı oyunçunun son klubu "Mineros Quayana" olub. Bakılılar onu Libertadores kubokundakı çıxışının yazıldığı disklərə baxdıqdan sonra hədəfə götürüb. Məşqçilər heyəti müsbət rəy verdikdən sonra Edsonun müqavilə bağlamaq üçün düşərgəyə gəlməsi lazım bilinib.
Bu informasiyanı özəl mənbələrimiz hesabına dəqiqləşdirmişik. "Neftçi" transferlərini maksimum gizli saxlamağa çalışır. Bugünədək komandadan kimin gedəcəyi, kimlərin gələcəyi rəsmən açıqlanmayıb. Bununla belə, Erik Ramos və Anyete ilə yeni müqavilə imzalanmadığı, Aqil Məmmədovun da yola salındığı, Məhəmməd Qurbanovla Mirabdulla Abbasovun isə "Sumqayıt"a göndərildiyi mətbuata məlumdu.