"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Samtredia" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Sloveniya toplanışında olan Gürcüstan klubu Buxarest “Dinamo”su ilə qarşılaşıb.
Mariborda baş tutan qarşılaşmada “Samtredia”ya rəqibini darmadağın edib. Belə ki, gürcülərin 5 qoluna rumınlar 1 dəfə cavab verə bilib - 5:1.
Qeyd edək ki, “Qəbələ”nin “Samtredia” ilə ilk görüşü iyunun 30-da Bakıda, cavab qarşılaşması isə 1 həftə sonra Zestafonidə keçiriləcək.
Fanat.az