"Qarabağ" məşqlərə başlayıb. Fanat.az xəbər verir ki, komnada bu gün Premyer Liqanın VII turunda "Simurq"la keçiriləcək oyunun hazırlıqlarına start verib.
Baş məşqçi Qurban Qurbanov "Rəvan"la oyundan sonra futbolçulara 2 günlük istirahət vermişdi. İstirahət bu gün başa çatıb və "Qarabağ" Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda məşqə çıxıb. Komanda sabah iki məşq keçəcək.
Fanat.az