Avropa Liqasının I təsnifat mərhələsində ilk oyunlar davam edir. Fanat.az xəbər verir ki, turnirdəki 3 təmsilçimizdən biri olan "Qəbələ" ilk oyuna evdə çıxıb.
"Qırmızı-qaralar" Gürcüstanın “Samtredia” klubunu qəbul edib. "Bakcell Arena"da keçirilən oyun "Qəbələ"nin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
30 iyun
Qəbələ (Azərbaycan) - Samtredia (Gürcüstan) 5:1
Qollar: Voyslav Stankoviç, 16. Sergey Zenyov, 19. Teo Uiks, 30; 69;72 - Laşa Şerqelaşvili, 59.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 6. Rəşad Sadıqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Urfan Abbasov.
Ehtiyat oyunçular: 33. David Pietrjkeviç, 8. Qismət Əliyev, 17. Məhəmməd Mirzəbəyov, 32. Rəşad Eyyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov, 90. Ramil Həsənov.
Baş məşqçi: Roman Qriqorçuk.
Samtredia: 12. Omar Miqineişvili, 3. Cemal Qoqiaşvili, 4. Nika Sandoxadze, Qiuli Manjqaladze, 7. Davit Rajamaşvili, 10. Baçana Arabuli, 11. Budu Zivzivadze, Davit Jikiya, 16. Laşa Şerqelaşvili, 22. Georgi Mçedlişvili, 26. Georgi Datunaşvili (k).
Ehtiyat oyunçular: 30. Kaxaber Meşveliani, 2. Davit Mtivlişvili, 8. Teymuraz Markozaşvili, 15. Daçi Tsnobiladze, 17. Şota Kerdzevadze, 39. Tornike Qorqiaşvili, 77. Georgi Qamkrelidze.
Baş məşqçi: Giya Tsetsadze.
Hakimlər: Denis Şerbakov, Dmitri Juk, Yuri Xomçenko, Sergey Tsinkeviç (Belarus).
UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan).
Hakim-inspektor: Aleksey Spirin (Rusiya).
Bakı. "Bakcell Arena".
Fanat.az