09:35 01.07.2016 654

"Məşqçinin qarşısına hədəf qoymuşuq ki..." - Tale Heydərov

"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubuna 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.


- Gözlənilməz hesabla qələbə qazandınız...

- Belə hesab gözləmirdik. Bizim üçün çox sevindirici haldır ki, hesab belə oldu. Ancaq hesab hər şey demək deyil. Ümid edirəm ki, növbəti oyunlarda da belə nəticələr əldə edəcəyik.


- Komandanızın oyunu sizi nə dərəcədə qane etdi?

- Bu barədə danışmaq çətindir. Hesaba baxsaq, deyə bilərik ki, komanda yaxşı oyun göstərdi.  Növbəti rəqiblərlə oyunlardan sonra bu barədə danışmaq daha asan olacaq.


- Kluba yeni cəlb olunmuş futbolçuların oyununu bəyəndinizmi?

-  Mən şəxsən yeni transferləri bəyəndim. Yenə dəyirəm, onları da daha çətin sınaqlarda yoxlamaq lazımdır. Fikrimcə, pis çıxış etmədilər.


- Bu gün “Qəbələ”nin ən rahat oyununu izlədiniz...

- Bəli, ilk oyun rahat oldu.


- Yeni transferlər olacaqmı?

- Bir hücumçu axtarırıq və bu yaxınlarda transfer olacaq.


- İlkin təəssürat necədir, bu komanda daha güclü təsir bağışlayır, yoxsa ötənilki?

- Bunu demək çətindir. Hesab edirəm ki, ən azından ötənilkindən pis deyil. Ola bilsin, daha da yaxşıdır. Növbəti oyunlarda bunu görəcəyik.


- Komandanın qarşısına konkret hansı hədəf qoyulub?

- Hədəf həmişə daha irəli getmək və ötənilki nəticələrdən daha yaxşısını əldə etməkdir.


- “Qəbələ” ilə çıxdığı ilk rəsmi matçında het-trik edən Teo Uiksin çıxışını necə dəyərləndirirsiniz?

- Gözlənilməz idi. Ümumiyyətlə, 3 qol vurmağımız gözlənilməz idi, nəinki bir futbolçunun het-trik etməyi. Çox gözəl qollar idi.


- Ötən mövsümün sonunda “Qəbələ” bir qədər uğursuz çıxış etdi və sanki belə təəssürat yarandı ki, komandadan bir qədər incik düşmüsünüz. Komanda Avropada yenidən uğur qazanaraq həmin inamı qaytara bilərmi?

-  Hədəflərimiz həmişə böyükdür. Ona görə də mən ötən mövsüm Azərbaycan çempionatında daha yaxşı nəticə gözləyirdim . Amma təəssüf ki, bu, belə olmadı. Ümid edirəm ki, bu oyunlarda uğurlarımız davamlı olacaq.


- Büdcənin artırılması gözlənilirmi?

- Xeyr, əksinə azalma baş verib. Büdcə artımından söhbət getmir.


- Bu, mövcüd maliyyə problemlərindən irəli gəlir?

- Bəli, əlbəttə maliyyə problemləri böyük rol oynayır. Hesab edirik ki, bir qədər qənaət etməklə də nəticə qazanmaq olar.


- Necə düşünürsünüz, maliyyənin azaldılması komandanın nəticə qazanmasında mənfi rol oynaya bilər?

- Əlbəttə, rol oynaya bilər. Amma biz maksimum çalışmışıq ki, düzgün transferlər edək. Bildiyiniz kimi, keçən il bəzi uğursuz transferlər etdik. Daha uğurlu transferlər etməklə bunu neytrallaşdırmaq istəyirik.


- Gənc oyunçular da meydanda çox idi. Bu, onu göstərirmi ki, “Qəbələ” artıq öz yetirmələrinə daha çox güvənəcək?

- Məşqçinin qarşısına hədəf qoymuşuq ki, daha çox yerli futbolçuları və akademiya yetirmələrini oynatsın. Bu gün də onun şahidi olduq. Hədəf budur. (Qol.az)


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X