Premyer Liqanın VII turunda səfərdə AZAL klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” doğma şəhərdə hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, dünən bir məşqlə kifayətlənən cənublular bugün ikiqat çalışacaq.
Saat 10:30-da və saat 18:00-da stadionun ehtiyat meydançasında məşqə çıxacaq Lənkəran təmsilçisinin daha bir hazırlığı sabah səhər saatlarına planlaşdırılıb. Məhz sabah baş tutacaq hazırlıq prossesinin ardından komanda Lənkəranı tərk edərək paytaxta yollanacaq.
Qeyd edək ki, AZAL-la oyun sentyarın 22-də AZAL Arena stadionunda keçiriləcək. Saat 18:00-da start götürəcək qarşılaşma heç bir televiziya kanalı ilə yayımlanmayacaq.
12cioyuncu.info