Finlandiyada cüdo üzrə yeniyetmələrin Avropa birinciliyi davam edir.
Sport7.az xəbər verir ki, sözgedən yarışda ölkəmizi təmsil edən "Qəbələ" İdman Klubun üzvü Rövşən Əliyev artıq finaldadı. O, qızıl medal uğrunda finalda Macarıstan təmsilçisi Fezko Ksanadla qarşılaşacaq.
Filana gedən yolda Rövşən Əliyevin erməni idmançısı Hayrapetyan Kasparla da yolu kəsişib. 50 kq çəki dərəcəsində çıxış edən "Qəbələ"nin üzvü rəqibini ippon fəndi ilə məğlub edib.
Qeyd edək ki, final görüşü birazdan start götürəcək.
Fanat.az