"Atletiko" "Borussiya"nın (Dortmund) ulduzu Pyer-Emerik Aubameyanqı heyətinə qatmaq istəyir. Fanat.az xəbər verir ki, İspaniya klubu qabonlu ulduz üçün 60 milyonluq təklif irəli sürməyə hazırlaşır.
Qeyd edək ki, "Milan" 2012-ci ildə Aubameyanqı 1,8 milyon avroya "Sent-Etyen"ə satıb. "Borussiya" isə bir il sonra onu 13 milyon avroya alıb.
O, indiyədək Almaniya klubunun heyətində 120 rəsmi oyuna çıxıb və 68 qol vurub. Cari mövsümdə 40 oyuna çıxan qabonlu futbolçu 35 dəfə fərqlənib. Aubameyanq Avropa Liqasında 7 (təsnifat mərhələsində də 3 qol vurub), Bundesliqada 22 qol vurub. Hər iki yarışın bombardirlər yarışında 2-ci pilləni tutur.
Aubameyanq "Qəbələ"ni də məyus edib. O, Avropa Liqasının "pley-off" mərhələsinin ilk oyununda 1 (4:0), ikinci matçında isə 3 (3:1) dəfə fərqlənib.
Fanat.az