Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Samtreda"nı 5:1 hesabı ilə darmadağın edən "Qəbələ" Gürcüstandakı matçda məğlub olub - 1:2. Ancaq bu məğlubiyyət "qırmızı-qaralar"ın növbəti mərhələyə adlamasına mane olmayıb.
Fanat.az xəbər verir ki, qarşılaşmadan sonra təmsilçimizin baş məşqçisi Roman Qriqorçuk oyunu belə şərh edib.
"Oyun gözlədiyim kimi keçdi. Şadam ki, bu vəziyyətlə üzləşdik və matç gördüyünüz kimi alındı.Bir tərəfdən şadam ki, belə vəziyyət alındı. Dərk etdik ki, bu cür oyunlarda arxayınlaşmaq olmaz. Buraxdığımız səhvlər bizim üçün yaxşı material oldu”.
- Rəşad Sadiqovun zədəsi nə yerdədi?
- Bunu indi demək çətindi. Amma Rəşad təcrübəli oyunçudu. Zədəsinə rəğmən. meydana çıxıb oynadı.
- Növbəti rəqibiniz hazırda davam edən MTK – "Aktobe” matçından sonra bilinəcək. Kiminlə qarşılaşmaq istərdiniz?
- Bizim üçün fərqi yoxdu. Əsas odu ki, qısa zamanda oyun səviyyəmizi qaldıraq. Hansı rəqiblə qarşılaşacağımız önəm kəsb etmir. Növbəti mərhələdə daha keyfiyyətli oyun sərgiləməliyik.
- Səmimi cavab gözləyirik. "Samtredia” heyətinə və gücünə görə "Qəbələ” ilə başabaşdı, yoxsa təmsilçimizdən 2 dəfə zəifdi?
- Mən onlar haqda hələ ilk matçdan sonra fikrimi bildirdim. Rəqiblə bağlı müsbət fikirlər səsləndirmişdim. Hücuma yaxşı keçirlər. İkinci matçdan sonra da eyni sözləri təkrarlaya bilərəm. Amma razıyam ki, biz onlardan güclüyük.
Fanat.az