"İlk növbədə, "Qəbələ”ni ikinci mərhələyə adladığı üçün təbrik edirəm. Şəxsi oyunumuza gəlincə, komandamdan razı qalmaya bilmərəm. Lakin yekun nəticə istədiyim kimi alınmadı. Biz bu gün 4:0 hesablı qələbəyə ümid edirdik”.
Fanat.az xəbər verir ki, bu sözləri "Samtredia” klubunun baş məşqçisi Giya Tsedsadze deyib.
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Gürcüstan təmsilçisi "Qəbələ”yə qalib gəlib – 2:1.
Matçdan sonra keçirilən mətbuat konfransında "Samtredia”nın çalışdırıcısı bunları deyib: "Bəxtimiz gətirmədi. Amma o faktı da qəbul etmək lazımdı ki, adətən güclünün bəxti gətirir. Yaxşı oyun alındı. Hər iki komandanın azarkeşləri oyundan həzz aldılar. Düzdü, bu cür matç adətən peşəkarların əsəbinə işləyir. Amma fanatlar belə matçlardan ləzzət alırlar. Müdafiədə buraxdığımız səhvlərə görə ilk matçda məğlub olduq.”.
Gürcü çalışdırıcı söhbət əsnasında "Qəbələ”ni tərifləyib: "Qəbələ” bir fakta görə, doğrudan da, "Samtredia”dan güclüdü. Bu da rəqibin heyətində daha təcrübəli futbolçuların çıxışı etməsidi. "Qəbələ” daha komplektləşmiş komanda təsirini bağışlayır”.
Fanat.az