"Ötən mövsüm "Sumqayıt"la səfər matçında uduzmuşduq. Bu bir daha onu göstərir ki, rəqibi qiymətləndirməmək olmaz". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Erik Ramos deyib.
Paraqvaylı oyunçu "Sumqayıt"a qarşı oynamayacağını bildirib: "Sumqayıt" gənc futbolçulardan təşkil edilmiş güclü komandadı. Düzdü, mən cəzalı olduğum üçün bu oyunda meydana çıxa bilməyəcəm. Bununla belə "Neftçi"də mənim mövqeyimdə layiqincə çıxış edə biləcək futbolçular var. Məşqçilər korpusunun kimə şans verəcəyindən asılı olmayaraq məqsədimiz qələbə qazanmaqdı. İnanıram ki, komanda yoldaşlarım gözəl oyun nümayiş etdirib azarkeşlərimizə qələbə sevinci yaşadacaq".
Fanat.az