15:35 01.07.2024 682

Tahir Süleymanovdan Elnur Əşrəfoğlu ilə bağlı duyğusal paylaşım

Dünən – 30 iyun tarixində görkəmli jurnalist, Azərbaycan idman jurnalistikasında özünəməxsus qələmi və yeri olan Elnur Əşrəfoğlunun 50 illik yubileyinə həsr olunmuş futbol matçı keçirilib. “Təbriz” və “Qarabağ” adlandırılan komandalar arasında keçirilən oyunda ilk fiti səsləndirən "Neftçi" klubunun keçmiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov vaxtilə Bakı klubunda birgə çalışdığı mərhumla bağlı hisslərini bölüşüb. 

Fanat.Az Süleymanovun "Facebook" səhifəsi üzərindən paylaşdığı fikirləri təqdim edirik: 

"Elnur yenə hamını, ailə üzvlərini, dostlarını, mətbuatda, incəsəntdə, futbol aləmində olan tanınımış simaları yığmışdı ətrafına. 50 yaşlı Elnur Əşrəfoğlu bu dəfə göylərdən baxırdı...

Özü meydanda olmasa da, Mətin balası mərkəzdə idi, atasının yerinə ilk zərbəni də nur üzlü övladı vurdu. Elnur həmişə olduğu kimi, bu dəfə meydana can atmırdı, səmadan oyunu seyr edib sevinirdi... Sevinirdi ki, dostları onu, ailəsini tək qoymayıb, yenidən Elnurun ocağına yığışıb...

Ölkə futbolunda ilk dəfə milli himnimiz heç kimin köməyi, müşaiyəti olmadan iştirakçılar tərəfindən qürurla, gur səslə canlı oxundu. Himnin sədaları kainatı bürüdü, Elnur da bizə qoşuldu. Milli, qalib ruhlu insanların tədbirləri həmişə belə keçir...

Komandaların forma seçimləri mükəmməl idi...

Ağ və səma rəngi... Dünənki yubileydə yerlə göy birləşmişdi, bütövləşmişdi.. Elnur ruhən yaşıl meydana enmişdi... 

Elnur məğlubiyyəti sevməzdi. Komandaların hər biri ürəyinə yatsa da, Mətin balasının qalib gəlməsini istəyirdi, özü həmişə meydanda döyüşdüyü kimi... Bu oyunda da kapitanın komandası qalib gəldi...

Elnur Əşrəfoğlu məmnun idi... Ruhu ilə hər kəsə təşəkkürünü bildirirdi... Qəmgin deyildi, mətin iradəsi ilə ruhu şad idi... Yerlə göyün vəhdəti, birləşməsi hər zaman gözəl olur..."

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X