22:23 20.07.2016 555

Qriqorçuk 5:0 hesablı qələbə istəyir

"İstərdik ki, sabah 5:0 hesablı qələbə qazanaq. Amma MTK kimi rəqiblə görüşdə bunu reallaşdırmaq çox çətindi”. Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "qırmızı-qaralar” sabah Macarıstanın MTK klubunu qəbul edəcəklər. Matçdan öncə mətbuat konfransı keçirən Qriqorçuk bunları deyib: "Başa düşürük ki, qələbə qazanmaq üçün çox güclü oynamalıyıq. İlk görüşdən sonra rəqibi daha yaxşı tanıyırıq. Səfərdəki səhvləri buraxmamalıyıq. Öz oyun tərzimizdə çıxış edəcəyik. Hücum edib, eyni formada çıxış etməyə çalışacağıq. Yenə yüksək oyun nümayiş etdirməliyik”.

 

- Komandanın motivasiyası ilə bağlı durum nə yerdədi?

- Biz ancaq reallığı danışırıq. Motivasiyaya gəlincə, mən futbolçularla danışıram. Görürəm ki, oyunun məsuliyyətini dərk edirlər, işlərinə ciddi yanaşırlar. Onlar bu rəqiblə qarşılaşıblar və MTK-nın gücünə bələddilər. Bu mənada, düşünmürəm ki, hansısa futbolçumuz cütün taleyinin ilk oyunda həll edildiyini fikirləşsin və rahatlaşsın. Belə bir fikir, ümumiyyətlə, komandada yoxdu.

 

- "Qəbələ”dən rəsmən göndərilən Aleksey Antonovun yerinə futbolçu gətiriləcəkmi?

- Biz başa düşürük ki, daha bir addım atmalıyıq. Hücumçu götürməliyik və bunu tez bir zamanda etməliyik. Bizə komandanı gücləndirəcək, verəcəyimiz tapşırıqları yerinə yetirə biləcək futbolçu lazımdı. Belə bir oyunçunu tapmaq isə çox çətindi. Nədəndisə belə futbolçu tapmaq işi ildən-ilə daha da çətinləşir. Bu barədə düşünürük.

 

- Bu mərhələni adlayacağınız halda, "Böyük beşlik” təmsilçisi olan "Lill”lə qarşılaşacaqsız. Bu barədə nə düşünürsüz?

- Bu gün "Lill” haqda danışmayacağam. İndi yalnız sabahkı matçla bağlı düşünürəm. Yenə deyirəm ki, sabah bizi çətin oyun gözləyir və hələ məsələ həll edilməyib.

 

- Bu mərhələni keçməmiş növbəti mərhələ barədə danışmaq komandaya nə dərəcədə təsir göstərə bilər?

- Düşünürəm ki, oyunçularım sabahkı matçı düşünürlər. Onların reaksiyasına gəlincə, hər bir futbolçu çox sevinər ki, "Lill” kimi böyük komandaya qarşı oynasın. Bəxtimiz xeyli gətirib ki, belə bir rəqibə qarşı oynayacağıq. Böyük hadisədi. Bu, futbolçular üçün sabahkı oyunöncəsi motivasiyadı. Çünki bu rəqibi keçsələr, növbəti mərhələdə böyük komandaya qarşı oynayacaqlar.

 

- Macarıstanla keçirilən matçda komandanızın sərgilədiyi oyuna rəhbərliyin reaksiyası necə oldu?

- Rəhbərliyin yerinə cavab verə bilmərəm. Mən komandanın bu periodda gördüyü işdən çox razıyam. Bu oyunlardan öncəki hazırlıq zamanı öyrənmək qabiliyyəti hər kəsdə var idi. Bu da inkişafdan xəbər verir. Komanda bacardığını göstərdi. Hələ ki, ideal oyun sərgiləmirik, amma düz yoldayıq.

 

- İlk oyunla müqayisədə heyətdə dəyişiklik edəcəksizmi?

- Heyət ilk oyundakına çox yaxın olacaq. Amma məhz həmin heyətə şans verəcəyimi deyə bilərəm. Bu barədə hələ tam qərar verməmişəm.


Famat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X