"Sumqayıt"dan ayrılan Rasim Ramaldanovun yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, təcrübəli müdafiəçi karyerasını Gürcüstanda davam etdirəcək.
O, qonşu ölkənin "Kolxeti" klubu ilə anlaşıb. Millimizin sabiq üzvü gürcülərlə 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, son olaraq "Sumqayıt"da çıxış edən Ramaldanov vaxtı ilə "Simurq" və "Xəzər Lənkəran"ın uğurları üçün də çalışıb.