Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, sayca 25-ci ölkə çempionatının iştirakçıları ilk turun təqvimi müəyyənləşib.
Son 3 mövsümdə olduğu kimi bu dəfə də komandalar 4 dövrədə münasibətlərini ayırd edəcəklər. Yeni mövsüm həm də onunla əlamətdar olacaq ki, turnirdə debütant görməyəcəyik. I diviziondan heç bir komanda lisenziya almadığından Premyer Liqa təcrübəli komandalar yenidən öz aralarında qüvvələrini sınayacaqlar.
Püşk nəticəsində ilk turun təqvimi aşağıdakı kimi müəyyənləşib.
Topaz Premyer Liqası
I tur
6-7 avqust
Qarabağ (Ağdam) - İnter (Bakı)
Qəbələ (Qəbələ) - Kəpəz (Gəncə)
AZAL (Bakı) - Neftçi (Bakı)
Zirə (Bakı) - Sumqayıt (Sumqayıt)
Fanat.az