"Arda Turan satılmayacaq". Fanat.az xəbər verir ki, bu sözləri açıqlamasında "Barselona"nın baş katibi Robert Fernandez deyib.
Andre Qomeşi transfer edən, Xavyer Maskerano ilə 3 illik sözləşmə imzalayan Kataloniya təmsilçisi türkiyəli yarımmüdafiəçinin xidmətində maraqlıdı.
"Ardanı satmaq niyyətində deyilik. Ondan faydalanmaq istəyirik. Bizim üçün nə qədər dəyərli futbolçu olduğunu sübut etməlidi" deyə klub rəsmisi açıqlamasında qeyd edib.
Fanat.az