"Barcelona"nın baş məşqçisi Tito Vilanova kapitan Karles Puyolun zədəsinə görə stoper transferi üçün işlərin davam etdiyi və komandadan göndəriləcəyi iddia edilən Thiago və David Vilya haqqında açıqlamalar verib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Vilanova "Ümid edirəm Puyol yaxşılaşar, dediyi kimi 40 yaşına qədər oynayar, amma işlərimiz davam edir. David Vilya isə son 3 mövsümdə çox yaxşı idi, amma zədə ucbatından təəssüf ki, performansı yaxşı olmadı. Thiagonun ayrılmaq istədiyini düşünmürəm. "Barcelona"da çox yaxşı bir gələcəyi olacaq. Qalmasını istəyirik", dedi.
İdman24.az