Avropa Liqasında III təsnifat mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, Azərbaycanın turnirdə mübarizəni davam etdirən yeganə təmsilçisi “Qəbələ” növbəti matçına çıxıb.
"Qırmızı-qaralar" Fransada "Lill"in qonağı olub. “Pyer Morua” stadionunda keçirilən oyun komandamız üçün uğurlu başlayıb və 13-cü dəqiqədə hesab açılıb. Nika Kvekveskirinin ötürməsini qola çevirən Vitali Vernidub "Qəbələ"ni hesabda önə keçirib. İlk yarıda qol vura bilməyən "Lill"in səyləri 47-ci dəqiqədə nəticə verib. İkinci hissənin ikinci dəqiqəsində fərqlənən Rayan Mendes bərabərliyi təmin edib. Bundan sonra qol vurulmayıb və matç 1:1 hesabı ilə yekunlaşıb.
"Qəbələ" qələbəni əldən versə də, səfərdə uğurlu nəticəyə imza atıb. Təmsilçimiz ev oyununda istənilən hesablı qələbə və qolsuz heç-heçə sayəsində mərhələ adlayacaq.
Qeyd edək ki, "Lill" klubu 1944-cü ildə yaradılıb. 71 yaşlı klub tarixində 3 dəfə Fransa çempionluğunu, 6 dəfə ölkə, 1 dəfə Liqa Kubokunu qazanıb. "Qəbələ"nin rəqibi 2004-cü ildə UEFA İntertoto Kubokuna sahib çıxıb.
Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edən "Qəbələ" xari mövsümdə “Samtredia” (Gürcüstan) və MTK (Macarıstan) klublarını mübarizədən kənarlaşdırıb. "Lill" isə ötən mövsüm Liqa 1-də 5-ci yeri turaraq birbaşa turnirin III təsnifat mərhələsinə vəsiqə qazanıb.
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
28 iyul
Lill (Fransa) - Qəbələ (Azərbaycan) 1:1
Qol: Rayan Mendes, 46 (ötürmə - Renato Çivelli) - Vitali Vernidub, 13 (ötürmə - Nika Kvekveskiri).
Lill: 1. Vinsent Enyeama, 2. Sebastyan Korçia, 5. Renato Çivelli, 8. Munir Obbadi (9. Yassin Benzia, 27), 10. Morqan Amalfitano, 11. Erik Bautok, 12. Yulian Palmieri,17. Markos Lopes, 20. Rayan Mendes (31. İves Bissuma, 76), 24. Rio Mavuba (k) (6. İbrahim Amadu, 62), 25. Marko Başa.
Ehtiyat oyunçular: 16. Mayk Malqnan, 15. Lenni Nanyis, 18. Frank Beria, 23. Adama Soumaoro.
Baş məşqçi: Frederik Antonetti.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç (44. Rafael Santos, 76), 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov (11. Asif Məmmədov, 81), 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo (32. Rəşad Eyyubov, 90+2), 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks.
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 13. Murad Musayev, 34. Urfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.
Sarı vərəqələr: Sebastyan Korçia, 43 - Filip Ozobiç, 42. Nika Kvekveskiri, 44.
Hakimlər: Daniel Stefanski, Rafal Rostkovski, David İqor Qolis, Zbiqniev Dobrinin (Polşa).
Hakim-inspektor: Frank de Bleker (Belçika).
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan).
Lill. “Pyer Morua” stadionu.
Fanat.az