Çempionlar Liqasının ardınca qitənin ikinci dərəcəli klub turniri Avropa Liqasında da mübarizəyə start veriləcək. Fanat.az xəbər verir ki, sabah turnirin 12 qrupunda ilk turun 24 oyunu baş tutacaq.
Azərbaycan klublarının olmadığı turnirdə Ruslan Abışovun çıxış etdiyi "Rubin" meydana çıxacaq. Kazan təmsilçisi Sloveniyada "Maribor"un qonağı olacaq.
"Beşiktaş"ın Avropa Liqasından kənarlaşdırılmasından sonra turnirdəki tək Türkiyə təmsilçisi olan "Trabzonspor" səfərdə Cənubi Kiprin "
Apollon" klubu ilə qarşılaşacaq.
"Xəzər Lənkəran"ın qənimi "Makkabi" evdə meydana çıxacaq. Hayfa təmsilçisi evdə Hollandiya "Alkmaar"ını qəbul edəcək. "İnter"i yenən "Tromse" İngiltərədə "Tottenhem"in qonağı olacaq. "Qarabağ"ı play-off mərhələsində mübarizədən "Ayntraxt" evdə "Bordo" ilə üz-üzə gələcək.
Avropanın böyük klublarından olan "Valensiya" "Suonsi"ni, "Fiorentina" "Pakuş Fereyra"nı, "Latsio" "Legiya"nı qəbul edəcək, "Sevilya" "Eştoril"in, Lion "Olimpik"i "Betis"in qonağı olacaq.
Avropa Liqası
Qrup mərhələsi
I tur, 19 sentyabr
A qrupu
22.00 Valensiya (İspaniya) - Suonsi (İngiltərə)
22.00 Sankt Qallen (İsveçrə) - Kuban (Rusiya)
B qrupu
22.00 Dinamo (Xorvatiya) - Çernomorets (Ukrayna)
22.00 PSV (Hollandiya) - Ludoqorets (Bolqarıstan)
C qrupu
22.00 Zalsburq (Abstriya) - Elfsborq (İsveç)
22.00 Standard (Belçika) - Esbyerq (Danimarka)
D qrupu
22.00 Sulte Varegem (Belçika) - Viqan (İngiltərə)
22.00 Maribor (Sloveniya) - Rubin (Rusiya)
E qrupu
22.00 Fiorentina (İtaliya) - Pakuş Fereyra (Portuqaliya)
22.00 Panduri (Rumıniya) - Dnepr (Ukrayna)
F qrupu
22.00 Ayntraxt (Almaniya) - Bordo (Fransa)
22.00 Makkabi (Təl-Əviv, İsrail) - APOEL (Cənubi Kipr)
G qrupu
00.05 Dinamo (Ukrayna) - Genk (Belçika)
00.05 Tun (İsveçrə) - Rapid (Avstriya)
H qrupu
00.05 Frayburq (Almaniya) - Liberets (Çexiya)
00.05 Eştoril (Portuqaliya) - Sevilya (İspaniya)
İ qrupu
00.05 Betis (İspaniya) - Olimpik (Lion, Fransa)
00.05 Gimarayeş (Portuqaliya) - Riyeka (Xorvatiya)
J qrupu
00.05 Apollon (Cənubi Kipr) - Trabzonspor (Türkiyə)
00.05 Latsio (İtaliya) - Legiya (Polşa)
K qrupu
00.05 Şerif (Moldova) - Anji (Rusiya)
00.05 Tottenhem (İngiltərə) - Tromse (Norveç)
L qrupu
00.05 PAOK (Yunanıstan) - Şaxtyor (Qazaxıstan)
00.05 Makkabi (Hayfa, İsrail) - Alkmaar (Hollandiya)