13:44 31.07.2016 605

"Xəzər Lənkəran"ın təkcə legionerlərə 3 milyon borcu var"

Elbrus Məmmədov: "Klubun mənə 45 min borcu qalıb"

“Xəzər Lənkəran"ın tarixin yaddaşına qovuşması Azərbaycan futbolu üçün böyük itki oldu. Ötən mövsümün başa çatmasından 2 ay vaxt keçməsinə baxmayaraq, hələ də bu mövzu mətbuatda müzakirə olunur. 

Yarandığı gündən adından söz etdirən, çempionata rəng qatan və böyük azarkeş ordusuna malik olan klubun son illər göstərdiyi zəif nəticələr və yekunda fəaliyyətini dayandırması ancaq təəssüf hissi doğura bilər. Halbuki qış fasiləsində tamam başqa mənzərənin olacağı gözlənilirdi. Mübariz Mənsimov biznes fəaliyyətini yenidənq qaydaya salıb, 2016-cı ildən komandaya normal maliyyə ayıracağı barədə xəbərlər dolaşırdı. Hətta lənkəranlıların həmin ərəfədə legioner axtarışına çıxdığı da deyilirdi. 

Bizimlə söhbətində komandanın o vaxtkı baş məşqçisi Elbrus Məmmədov da nikbin danışmışdı. Hansı ki, həmin Məmmədov sona 4-5 tur qalmış istefa verdi. Sonradan baş verənlər də göstərdi ki, Elbrus müəllim əslində komandadan getməkdə düz edib. Lənkəran klubundan ayrılandan sonra isə ondan xəbər-ətər yox idi. 

- Elbrus müəllim, çoxdandı sizdən səs-soraq yoxdur. 
- “Xəzər Lənkəran"dan ayrılandan sonra bütün diqqətimi oxumağa səfərbər etmişəm. Təhsilimlə bağlı Ukraynaya getdim. Hədəfim PRO kateqoriyası almaqdır. Hələ ki, bütün diqqətim buna yönəlib.

- “Xəzər Lənkəran"dan ayrıldıqdan sonra başqa təkliflər olmadı?
- Açığını deyim, ciddi təkliflər olmadı. Həm də düşündüm ki, bir az da dincəlmək lazımdı. Qarşıda yəqin ki, işləməyə vaxtım olacaq.

- Sirr deyilsə, ciddi hesab etmədiyiniz təkliflər hansı komandalardan idi?
- Yox, ad çəkə bilmərəm. 

- Belə başa düşdüm ki, həmin təkliflər Premyer Liqa klublarından olmayıb...
- Elədir.

- “Xəzər Lənkəran"dan istefa verdiyiniz vaxt klubun dağılacağını hiss etmişdiniz, yoxsa, sırf uğursuz nəticəyə görə komandadan ayrıldınız?
- Hiss eliyirdim ki, sonluq yaxşı olmayacaq. Klub dağılmağa doğru gedirdi. Elə buna görə də də istefa verdim.

- Bu hissiyat sizdə haradan idi? Çünki çempionatın sonuna 5 tur qalmış “Xəzər Lənkəran" “Rəvan"dan öndəydi və dağılmaq məsələsi də gündəmdə deyildi.
- Kənardan elə görünə bilər. Amma vəziyyət başqa idi. Mən hər şeyi görürdüm. Haradan? Çünki komandanın son 6 oyununda rəhbərlik iştirak etmədi. Bir nəfər də olsun gəlib heç olmasa ev oyunlarımıza baxmadı. Sizcə, bu, nə demək idi?  Ona görə də istefa verdim.

- Ayrılandan sonra klubla əlaqə saxlamısınız?
- Yox, heç bir əlaqəm olmayıb. Elə o vaxtdan oradan birdəfəlik ayrılmışam.

- “Xəzər Lənkəran"ın fəaliyyətini dayandırması barədə qərarı necə qarşıladınız?
- Çox pis oldum. İnanmağım gəlmədi ki, o boyda klub dağıldı. Uşaqların çəkdiyi əziyyətə də heyfim gəlir. Heç birinin maaşı verilmədi. Bəzən orada-burada deyirlər, yazırlar ki, borclar ödənilib. Heç biri düzgün məlumat deyil. Heç kimin maaşı verilmədi, klubun bütün futbolçulara borcu qaldı. 3 milyon təkcə legionerlərə olan borcdu. Yerlilərə olan borcun məbləğini açlqlasam, görün nə qədər olar. 

- Siz özünüz necə, pulunuzu ala bildiniz?
- Nə danışırsınız? Klubun mənə 45 min borcu qalıb.

- Bu pulu almaq üçün harasa şikayət etmədiniz?
- Yox, heç hara şikayət etmədim.

- Nə üçün?
- Bizdə müqaviləni “kişi sözü" ilə bağlayırlar axı (gülür). 

- Necə düşünürsünüz, “Xəzər Lənkəran"ı yenidən bərpa etmək mümkün olacaq?
- Dağıtmaq asandı. Yığmaq çox çətin olacaq. Eyni adla, eyni rəhbərliklə mümkünsüz görünür. Tarixdə də belə şey olmayıb ki, hansısa klub bu günə düşüb, dağılıb, sonra eyni rəhbərliklə yenidən bərpa olunub. İndiki halda “Xəzər Lənkəran"ın köhnə rəhbərliklə qayıtması inandırıcı görünmür. Məsələn, Sumqayıtda da komanda dağıldı, sonradan yeni rəhbərliklə, yeni adla yaradıldı. Bununla belə, Lənkəranın özündə iş adamları, imkalı şəxslər var. İnanıram ki, onlar yığışıb yenidən Lənkərana böyük futbolu qaytara bilərlər. Yəqin ki, “Xəzər Lənkəran" yox, “Xəzər" adı altında. Yəni, köhnə adla.

- Yəqin, borca görə belə düşünürsünüz...
- Əlbəttə. Eyni adla klubu qaytarmaq üçün borcları ödəməlisən. Kimdir o qədər pulu verən?

- “Xəzər Lənkəran"ın dağılması ilə Azərbaycan futbolu nə itirdi?
- Çox şey. Belə bir klubunun dağılması futbolumuz üçün ciddi itkidir. İlk növbədə ən böyük bölgə futbolunu itirdik. Yaxud belə deyərdim, Azərbaycan futbolu böyük kütləni itirdi. Futbolu kimə görə oynayırıq? Azarkeşlərə görə. Açıq danışaq, bu gün “Qəbələ" nə qədər canfəşanııq etsə də, heç vaxt “Xəzər Lənkəran"ın Azərbaycan futboluna verdiyini verə bilməz. Çünki o boyda azarkeşi yoxdur.

- Növbəti mövsüm Premyer Liqada 8 komanda mübarizə aparacaq. Sizcə, 8 komandalı çempionat bizə nə verə bilər?
- Sizcə, nə verə bilər? Bir jurnalist kimi fikriniz necədir?

- Biabırçı bir durumdur.
- Gülməlidir. 8 komandalı çempionatın xeyri nə ola bilər ki? Heç olmasa 10 komanda eləmək lazım idi. Gənclərin inkişafından danışırıq. Ən azından klublarda heyətə düşə bilməyn yığma üzvlərini iki komandaya toplayıb çempionata buraxmaq mümkün idi. Necə ki, AFFA-nın əvvəlki rəhbərliyi “Şəfa"nı yaratmışdı. İndi də bu addımı atmaq olardı. Gəlin açıq danışaq, klubların yarısına AFFA dəstək verir. Bu mənada gənclərdın ibarət iki əlavə komanda da çətin olmazdı. 8 komandalı birincilik həqiqətən gülməlidi.

- Bildiyim qədər xaricdə işləmək variantınız var. 
- Bu da gündəmdədir. Sadəcə, hazırda bütün diqqətimi təhsilimə yönəltdiyimdən bu məsələni ikinci plana keçirmişəm. Amma şans var. Lazım gəlsə, bu şansdan da istifadə edəcəm. Təki iş olsun. 

"Het-trik news" qəzeti
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X