Avropa Liqasınn pley-off mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, püşkün nəticəsinə görə, "Qəbələ" ilk oyununu səfərdə Sloveniyanın "Maribor" klubuna qarşı keçirməlidi.
Ancaq ilk oyunun yeri dəyişdirilib. Buna səbəb isə digər təmsilçimiz "Qarabağ"ın da "Höteborq"la ilk matçının səfərdə keçirməsidir.
Qeyd edək ki, qaydalara əsasən, eyni şəhərdə bir gündə iki oyun keçirilə bilməz.
Xatırladaq ki, pley-offun ilk oyunu avqustun 18-i, cavab matçı isə 1 həftə sonra keçiriləcək.
Fanat.az