Bu gün 25-ci Azərbaycan çempionatına start veriləcək. Fanat.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Mövsümün start fiti Şüvəlanda səslənəcək. AZAL doğma meydanda "Neftçi"ni qəbul edəcək. Növbəti qarşılaşma isə Zirədə eyniadlı komanda ilə "Sumqayıt" arasında keçiriləcək.
Azərbaycan Premyer Liqası
I tur
6 avqust (şənbə)
18:00. AZAL – "Neftçi” -0:2
Qol: Elvin Bədəlov, Rəhman Hacıyev
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim inspektor: Asim Xudiyev
"AZAL Arena”
AZAL: 23. Aqil Məmmədov, 24. Emin Cəfərquliyev (k), 2. Elşad Manafov, 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, 14. İlqar Ələkbərov, 7. Kamal Mirzəyev, 77. Adan Koronado, 10. Nuqzar Kvirtiya, 11. Ruslan Nəsirli, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 18. Ruslan Əmircanov, 5.Kamil Hüseynov, 21. David Canelidze, 19. Elnur Süleymanov, 88. Mirzağa Hüseynpur, 95. Şirməmməd Məmmədov
Baş məşqçi: Tərlan Əhmədov
"Neftçi”: 1. Krşevan Santini, 3. Jairo Filyo Rodriges, 10. Cavid İmamverdiyev (k), 11. Ruslan Qurbanov, 13. Murad Ağayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 27. Məqsəd İsayev, 30. Dario Melnyak, 80. Edson Kastilya, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 4. Rahil Məmmədov, 9. Katalin Tira, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 21. Aqşin Qurbanlı, 41. Ömər Buludov
Baş məşqçi: Vəli Qasımov
20:00. "Zirə” – "Sumqayıt” - 0:1
Qol: Vaqif Cavadov, 75
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu