12:19 19.09.2013 912

Yalançının yanan evi - GÜNDƏM
























Elnur Allahverdiyevin transfer pəncərəsi bağlanandan sonra "Qəbələ"yə keçidi gündəmin əsas müzakirə mövzusu olaraq qalır. "Futbol+" qəzeti bugünkü sayında baş verənləri araşdırmağa, həqiqəti üzə çıxarmağa çalışıb.

İki gün əvvələdək "Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu Elnurun komandadan kənarlaşdırılması ilə bağlı xəbərləri israrla təkzib etsə də, artıq onun avqustun 31-dən əvvəl qovulduğunu və transfer vərəqinin verildiyini iddia edir. Həmkarımız Rəşad yenidən Hüseyn bəylə əlaqə saxlayaraq, fərqli fikirlər səsləndirməsinin səbəblərini aydınlaşdırmağa çalışıb. "Xəzər Lənkəran" rəsmisinin cavabı isə belə olub: "Hamı bilir ki, Elnurun "qələmi" "Qəbələ" ilə oyundan sonra qırılıb. Con Toşak həmin oyun başa çatar-çatmaz rəhbərliyə bildirdi ki, Allahverdiyev kimi futbolçuya onun komandasında yer yoxdu. Ancaq rəhbərlik həmin dönəmdə bu söz-söhbətin mətbuata çıxmasına razı olmadı. Çünki Elnur həmin vaxt yığmanın düşərgəsində idi. Yığma ilə bərabər olan futbolçunun komandadan uzaqlaşdırılması ona əlavə problemlər yarada bilərdi. Biz yığma naminə həmin vaxt bu söz-söhbəti açıb-ağartmadıq. Ancaq sizi əmin edirəm ki, Allahverdiyev məhz avqustun 31-də, yəni "transfer pəncərəsi" bağlandığı gün klubdan uzaqlaşdırılıb".

"Futbol+" qəzetində işlədiyi dövrdə kəskin yazıları ilə həmişə haqqın müdafiəsində olan Hüseyn bəyin həmin dövrlərdə səmimiliyinə necə inanırdıqsa, indi də ona etimadımız sonsuzdu. Amma deyəsən həmkarımız bəzi məqamları ya unudur, ya da qəsdən unutmaq istəyir. Həqiqətən Elnur avqustun 31-də komandadan kənarlaşdırılmışdısa, o zaman yığmanın düşərgəsinə yollanarkən azad agent idi. Belədə komandadan qovulduğunu bilən futbolçu üçün bunun ictimaiyyətə açıqlanması hansı problemləri yarada bilərdi? Yığmanın oyunundan sonra da Hüseyn bəy və digər klub rəsmiləri mətbuata Elnurla bağlı heç bir konkret açıqlama vermirdi. Həmin vaxtda artıq yığma İsraildən dönmüş, klublar çempionatın növbəti oyunlarına hazırlaşırdı. Üstəlik Allahverdiyevin bir müddət "Xəzər Lənkəran"ın əvəzedici heyətində oynayacağı ilə bağlı da söz-söhbət var idi. Müqaviləsinə xitam verilmiş futbolçu əvəzedici heyətdə hansı əsasla oynaya bilər? Yığmanın İsraillə oyunundan Elnurun "Qələlə"yə keçidinin açıqlandığı günədək 10 gün zaman keçib. Niyə "Xəzər Lənkəran" bunu sentyabrın 8-də yox, 17-də açıqlayırdı? Niyəsini biz bilirik. Çünki "Xəzər Lənkəran" hələ yekun qərarını verməmişdi, nələrinsə dəyişmək ehtimalı var idi. 

Hüseyn bəy kimi nədənsə həmkarımız Rəşad da bir gün əvvəl Elnurun "Futbol+" qəzetində dərc olunan açıqlamasını yaddan çıxarıb. Həmin açıqlama ki, altında məhz Rəşadın imzası var. Allahverdiyev bu açıqlamada hələ transfer vərəqini almadığını deyir: "Bu gün (sentyabrın 16-da - Fanat.az) klubun Bakıdakı ofisində görüşüb, məsələyə nöqtə qoymalı idik. Lakin "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun istəyi ilə görüş sabaha (sentyabrın 17-nə - Fanat.az) qaldı. Bildiyimə görə rəhbərlik mənə problem yaratmaq fikrində deyil. Hər halda, Tuyqun bəyin sözlərindən belə başa düşdüm ki, transfer vərəqim özümə veriləcək".

Daha sonra "Qəbələ"yə keçidi ilə bağlı danışan Allahverdiyev bir daha qeyd edir ki, hələ "Xəzər Lənkəran"dan tam ayrılmayıb: "Hələ bu haqda danışmaq tezdi. "Xəzər Lənkəran"dan tam ayrılmamışam, müqaviləmə xitam verilməyib. Transfer vərəqim onlardadı. Lənkəran klubu ilə tam üzlüşəndən sonra hansısa kluba keçməyimdən danışmaq olar". 

Bu da "Xəzər Lənkəran", "Qəbələ" klubları və PFL üçün fakt. Adam sentyabrın 16-da "Xəzər Lənkəran"dan ayrılmadığını, müqaviləsinə xitam verilmədiyini açıq-aşkar deyir. Lakin bir gün sonra klub rəsmiləri tam fərqli şeylər iddia etməyə başlayır. 

Bu məqamda PFL-in üzərinə böyük məsuliyyət düşür. Bütün klubların hüquqlarını qorumalı olan futbol qurumu "Qəbələ"yə müdafiəçi lazımdı deyə saxtakarlığa göz yumacaqsa, Premyer Liqadakı digər 9 klubun hüquqlarını da ayaqlar altına atmış olacaq. Bilirik, deyəcəklər ki, "yığma naminə" belə etmək lazımdı. Yox bəylər, Allahverdiyevin oynamaması yığma üçün faciə olmayacaq. Necə ki, Kamran Ağayev uzun müddət futbolsuz qaldı, lazım olsa, Elnurun yerinə də futbolçu tapmaq olar. Əvəzində PFL bu saxtakarlığa izn verməməklə, qanunların şah olduğunu göstərə bilər...

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

14:46

Azərbaycan millisi FİFA reytinqində gerilədi

14:31

Prezidenti korrupsiyada günahlandırılan klub RPL-dən uzaqlaşdırıldı - Hakim də saxlanıldı

14:13

"Rəhbərlik qarşımıza azı iki mərhələ adlamaq tapşırığı qoyub" - "Araz-Naxçıvan"ın kapitanı

13:56

Ramiz Məmmədovun təyinatı açıqlandı

13:39

Mehrac Baxşalı bu kluba keçmək üzrədir

13:20

Azərbaycanın U-18 yığmasının AÇ-nin pley-offundakı rəqibi bəlli oldu

13:01

A Seriyası klubu Arda Turanı braziliyalı vingersiz qoymaq istəyir

12:41

Azərbaycanın U-16 millisi Cəbəllüttariqə qarşı

12:23

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

12:05

Konfrans Liqasında bu gün 21 oyun keçiriləcək

11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

Facebookdan bizi izləməyi unutmayın.
X