12:28 19.09.2013 920

"Qəbələ"dən "Lənkəran"a hoppa! - DİNLƏ

Son günlər gündəmdən düşməyən Elnur Allahverdiyevin transfer məsələsi yekunlaşdı. Ya zəlzələdən, ya vəlvələdən (qorxu, həyacan). Yox, vəlvələdən oldu. Yaxşı ki, belə oldu. “Qəbələ”nin zəlzələ gücü hamıya məlumdu. Zəlzələnin vəlvələsindən “Xəzər Lənkəran” sənədləri saxtalaşdırdı, PFL saxta sənədləri qəbul etdi. “Xəzər Lənkəran” rəsmiləri bu günə qədər verdiyi açıqlamaları dandı, yalanladı. Zəlzələnin vəlvələsi “söz ağızdan çıxar” prinsipini pozdu və əvvəlki açıqlamaların hardan çıxdığını göstərdi, ya da yerini. 

Gücün qarşısında təkcə bir klub yox, AFFA da, PFL də acizdi. 


Misal: Zeynal Məmmədov “Xəzər Lənkəran” - “Bakı” matçının hakimi Ramil Diniyevi fasilədə təhqir edir. İntizam komitəsi Zeynal bəyi cəzalandırır. Davamı isə çox maraqlıdı. Cənab Məmmədov apellyasiya şikayəti verir ki, söyüşə görə verdiyiniz cəza (5 oyun) çox ağırdı. Gülməlidi hə?


Məsələyə başqa cür baxaq. Analoqu olmayan bir idarəetmə sistemi fikirləşək. Fərz edək ki, Hakimlər  Komitəsi AFFA-ya tabe deyil, müstəqil qurumdu. Bu qruma Kamaləddin Heydərov kuratorluq edir. O zaman Zeynal Məmmədov hakimi söyə bilərdi? Siz daxilinizdən gələn səsə qulaq asın, mən yazım. Qətiyyən YOX! 

Şahidi olduğum bir hadisəni deyim:


“Bakı” ilə “Qəbələ”nin aşağı yaş qrupları oynayırdı. Matçın sonunda meydanda dava düşdü. Böyüklər də işə qarışdı. Amma Zeynal bəy barışdırıcı mövqedən çıxış edərək “qardaş siz kim, biz kim” deyib davanı sülhə çevirdi və buna sevinirdi. Alnındakı tər dənəcikləri hansı fəlakətdən qurtardıqlarından xəbər verirdi. Paytaxt təmsilçisi sözügedən oyunda qələbə çalıb finala yüksəldi və “Neftçı”yə rəqib oldu. Həmin final da heç kəsin yadından çıxmaz - “Bakı” rəsmisi Yaşar Seyidovla “Neftçi” rəsmisi Mübariz Xudiyevin qaydasız döyüşü... 


Rövnəq Abbdullayevin komandası ilə Hafiz Məmmədovun komandasının heç vaxt bir-birinin qarşısından qaçmaması nüfuz muharibəsindən xəbər verir. Siyasətə çəkmirəm. Sadəcə, futboldakı nüfuzdan danışacam. Klubları sahiblərinin nifuzuna görə sıralasaq, birinci yerdə “Qəbələ”di. “Neftçı” ilə “Bakı”nın davası ikinci və üçüncü yer uğrundadı. Ona görə də “Qəbələ” daha böyük qaydaları pozacaq, Zeynal Məmmədov hakimləri döydürəcək, söyəcək. AFFA-da Elnurun “Qəbələ”yə keçidini həll edib, ikincilik uğrunda mübarizəyə davam edəcək. Zeynal Məmmədovun şikayəti qəbul olunmayacaq.


Deməyə söz yoxdu, heç yazmağa da... Dəlixanadı, dəlixana...


Əli Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

Facebookdan bizi izləməyi unutmayın.
X