Topaz Premyer Liqasının II turu davam edir. Fanat.Az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.
Üçüncü oyun günündə "Kəpəz" AZAL-ı qəbul edib. İlk turda müvafiq olaraq "Qəbələ" və "Neftçi"yə uduzan komandaların dueli cari mövsümdə Gəncədəki ilk matç olub. 90 dəqiqə ərzində komandaların bütün cəhdləri nəticəsiz qalıb və oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turun ilk oyununda "Qarabağ" "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib. İkinci gündə baş tutan "Qəbələ" - "İnter" görüşündə hesab açılmayıb - 0:0. Tura sabah keçiriləcək "Neftçi" - "Zirə" matçı ilə yekun vurulacaq.
Premyer Liqa
2016/17 mövsümü
I dövrə, II tur
13 avqust
Kəpəz - AZAL 0:0
Kəpəz: 88. Tadas Simaitis, 5. Kərim Diniyev, 10. Dario Federiko, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov, 18. Tural Axundov (k), 19. Orxan Əliyev, 25. Şəhriyar Əliyev, 36. Renan Silva, 77. Serjio Kosta, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 6. Ceyhun Cavadov, 8. Elcan Rəhimov, 9. Tural Qürbətov, 16. Emin Zamanov23. Tural Nərimanov, 80. Tural Rzayev.
Baş məşqçi: Şahin Diniyev.
AZAL: 23. Aqil Məmmədov, 2. Elşad Manafov, 3. Tural Hümbətov, 4. Qvanzav Maqomedov, (k), 7. Kamal Mirzəyev, 9. Röyal Nəcəfov, 10. Nuqzar Kvirtiya, 14. İlqar Ələkbərov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev 77. Adan Koronado.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 5. Kamil Hüseynov, 19. Elnur Süleymanov, 21. David Canelidze, 27. Elton Hüseynov, 88. Mirzağa Hüseynpur, 95. Şirməmməd Məmmədov.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə şəhər stadionu.
Fanat.Az