Azərbaycanda ilk dəfə futbol azarkeşləri arasında turnir keçirilir. Çempionatda xarici və yerli klubların fanatlarının qurduğu 20 komanda mübarizə aparır. Avqustun 15-də start götürən turnirdə 1 ay boyunca ən yaxşı futbol oynaya bilən azarkeşlər müəyyən olacaq.
Yarışda iştirak edən azarkeş-klubları bunlardır:
1. Ac Milan Azerbaijan (“Milan” azarkeşləri)
2. Arsenal Azerbaijan (“Arsenal” azarkeşləri)
3. Bakı Qartalları (“Beşiktaş” azarkeşləri)
4. Çarşı Bakı (“Beşiktaş” azarkeşləri)
5. FC Juventus (“Yuventus” azarkeşləri)
6. “Flaqman” Fan klubu (“Neftçi” azarkeşləri)
7. Forza Neftçi (“Neftçi” azarkeşləri)
8. İnter Baku Fan (“İnter” (Bakı) azarkeşləri)
9. Khazar Bakı (“Xəzər Lənkəran” azarkeşləri)
10. Liverpool FC Azerbaian Supporters Club (“Liverpul” azarkeşləri)
11. Manchester United Azerbaijan (“Mançester Yunayted” azarkeşləri)
12. “Mia-San Azerbaijan” Bayem München Fanklubu (“Bavariya” azarkeşləri)
13. Qarabağ Ordusu (“Qarabağ” azarkeşləri)
14. Qəbələ Fan Klubu (“Qəbələ” azarkeşləri)
15. Baku fk-The Capital (“Bakı” azarkeşləri)
16. Tottenham Hotspur Azerbaijan (“Totenhem” azarkeşləri)
17. Trabzon Baku (“Trabzonspor” azarkeşləri)
18. ultrAslan Azərbaycan Azad Azarkeş qrupu (“Qalatasaray” azarkeşləri)
19. Sector 11 ( Azərbaycan Milli yığmasının azarkeş qrupu)
20. FCB AZE (“Barselona” azarkeşləri)
İlk oyun günü 2 qarşılaşma olub: “Bakı Qartalları” ilə “Liverpool FC Azerbaijan Supporters Club” (3:3), "Flaqman" Fan klubu ilə “Khazar Bakı” qarşılaşıb (7:2).
Turnirin siması Bəhram Bağırzadədir. İdman sahəsinin tanınmış insanlar – milli komandanın sabiq qapıçısı Cahangir Həsənzadə, Futbol üzrə sabiq FİFA hakimi Anar Salmanov, millimizin sabiq futbolçusu , Azərbaycan futbolunun “professor”u - Mahmud Qurbanov turnirə dəstək verənlər və azarkeşlərə azarkeşlik edəcəklər arasındadır.
Avqustun 15-də keçirilən açılış turnirində bəzi sənətkarlar və ifaçılar da iştirak ediblər.
Fanat.Az