Xeyli vaxtdı ki, Bakıda görünməyən millimizin baş məşqçisi Robert Prosineçki Sloveniya mətbuatına müsahibə verib. Fanat.Az xəbər verir ki, Prosineçki müsahibəsində "Qəbələ"nin gücünü qabardıb:
"Qəbələyə" ukraynalı mütəxəssis Roman Qriqorçuk başçılıq edir. Onun rəhbərliyi altında komanda intizamlı və etibarlı oynayır, əsasən səliqəli müdafiə olunmağa üstünlük verir. "Qəbələ"yə qol vurmaq çox çətindi, onlar qapıları qarşısında risk etməyi xoşlamırlar. Onlar rəqibə çoxlu qol şansı vermirlər. Sizin zərrə qədər də şübhəniz olmasın ki, "Qəbələ" layiqli rəqib, yaxşı komandadı".
Fanat.Az