Əvəzedici heyətlər arasında ölkə çempionatının II turunun oyunlarına hakim təyinatları açıqlanıb. Fanat.az xəbər verir ki, AZAL - "Xəzər Lənkəran" oyunu qadın hakimlərə tapşırılıb.
Belə ki, qarşılaşmada ədaləti Venera Kahriçin başçılıq etdiyi şakimlər briqadası qoruyacaq. Ona Maya Nəbiyeva və Yuliya Qurbanova yardım edəcək. Matçın dördüncü hakimi isə Xəyalə Əzizzadə olacaq.
Lider "İnter"in "Bakı" ilə oyununu isə sabiq bir neçə dəfə hakimlikdən uzaqlaşdırılıb yenidən geri qaytarılan Anar Niyazov idarə edəcək.
19 Sentyabr
Qəbələ - Rəvan
Hakimlər: Elgün Hüseynov, İftixar Qəniyev, Əli Cəbrayılov, Kənan Məlikov.
Hakim-inspektor: Azad Mütəllimov.
Qəbələ şəhər stadionu (köməkçi). Saat 16.00.
20 sentyabr
İnter - Bakı
Hakimlər: Anar Niyazov, Şakir Quliyev, Rasim Əhmədov, Kərim Kərimov.
Hakim-inspektor: Vaqif Sadıxov.
“Şəfa” stadionu. Saat 14.30.
Qarabağ - Simurq
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Elxan Müslümov.
Hakim-inspektor: Rufulla Kərimov.
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 16.00.
Neftçi - Sumqayıt
Hakimlər: Fərid Məmmədov, Ülviyyə Mustafayeva, Elşən Məmmədov, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Aydın Gözəlov.
"Bayıl Arena". Saat 17.00.
21 sentyabr
AZAL - Xəzər Lənkəran
Hakimlər: Venera Kahriç, Maya Nəbiyeva, Yuliya Qurbanova, Xəyalə Əzizzadə.
Hakim-inspektor: Şakir Əmrahov.
"AZAL Arena". Saat 16.00.