AFFA Azərbaycanın 3 yığmasını özündə birləşdirən komanda formalaşdırıb. Fanat.Az xəbər verir ki, 17, 19 və 21 yaşadək qızlardan ibarət millilərin üzvlərindən təşkil olunmuş birləşmiş komanda Moldovaya səfərə yollanacaq.
Qarışıq komanda qadınlardan ibarət Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bu görüş avqustun 26-da baş tutacaq.
Bu komandaya müxtəlif yığmaların 20 oyunçusu çağırılıb: Günay İsmayılova, Kamilla Məmmədova, Roza Quliyeva, Sevinc Cəfərzadə, Nigar Cəlilli (hamısı “Fidan”), Aytac Şərifova, Vüsalə Hacıyeva, Firəngiz Teymurova, Arzu Əliyeva, Ayşən Əhmədova, Kader Alimova, Vüsalə Seyfətdinova (hamısı “Təhsil”), Diana Məmmədova (UGİM Krasnoyarsk, Rusiya), Manə Mollayeva (“Qəbələ”), Nərgiz Hacıyeva, Fəridə Seyidova (hər ikisi “Vətən”), Maya Danqadze, Aysun Əliyeva, Süsən Mənsimova, Kristina Bakarandze (hamısı “Neftçi”).
Fanat.Az