"Sentyabrın 22-də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirə dəvət almışam. Ardınca Bakıda açılışı olacaq idman kompleksinin qonağı olacam". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın başına keçəcəyi deyilən Yılmaz Vural deyib.
Bu gün Türkiyə mətbuatı Yılmaz Vuralın AFFA-dan təklif alması ilə bağlı xəbər yayıb. Xəbərdə qeyd olunur ki, mütəxəssis sentyabrın 22-də Bakıya gələrək İlham Əliyevlə görüşəcək və bazar ertəsi yığmanın başına keçəcək.
Millimizdən təklif alması ilə bağlı xəbərlərə münasibət bildirən Yılmaz Vural AFFA-nın onu istədiyini deyib: "Azərbaycandan belə bir istəyin olmasının fərqindəyəm. AFFA prezidentinin və bəzi millət vəkillərinin mənim istədiyini bilirəm. Amma hələlik rəsmi bir təklif yoxdu. İndi Azərbaycana dəvətlə gedirəm. Əgər rəsmi təklif irəli mürəcəklərsə, oturub danışarıq. Onlarla anlaşmam və müqavilə imzalamağımla bağlı xəbərlər doğru deyil".