Milli komandamızın başına keçəcəyi deiylən Yılmaz Vural Türkiyə mətbuatına açıqlamasında Bakıya Heydər Əliyevlə bağlı keçiriləcək bir tədbirə dəvət aldığını bilidirib. O, həmçinin bir bazanın açılışında iştirak edəcəyini də deyibö
Artıq Vuralı ölkəmizə dəvət edən millət vəkilinin kimliyi müəyyənləşib. Fanat.az xəbər verir ki, türk mütəxəssisi Azərbaycana millət vəkili Adil Əliyev dəvət edib. O, həmçinin Vuralı AFFA prezidenti ilə görüşdürəcəyini də qeyd edib.
Qeyd edək ki, Adil Əliyev həm də Azərbaycan Kikboksinq və Muay Tay federasiyasının prezidentidi.