"DÇ-2018"in seçmə mərhələsində sentyabrın 4-də səfərdə San Marino yığması ilə qarşılaşacaq millimizin heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Robert Prosineçki 25 futbolçuya dəvət göndərib.
Xorvat mütəxəssis Azərbaycan vətəndaşlığını qəbul edən "Trabzonspor”dan Ramil Şeydayevlə "Boavişta”dan Emin Mahmudovu ilk dəfə milliyə dəvət edib.
Legionerlərdən həmçinin "Stal"da oynayan Pavel Paşayev, "Erzqedirqe"də forma geyinən Dmitri Nazarov və "Kadiz"ə transfer olunan Eddi İsrafilov da heyətdə yer alıb.
"Qarabağ"ın futbolçusu Mahir Mədətov da ilk dəfə milliyə çağrılıb.
Qapıçılar: Kamran Ağayev ("Sumqayıt”), Anar Nəzirov ("Zirə”), Səlahət Ağayev ("İnter”).
Müdafiəçilər: Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Arif Daşdəmirov (hamısı "Qarabağ”), Tərlan Quliyev, Ruslan Abışov (hər ikisi "İnter”), Mahəmməd Mirzəbəyov ("Qəbələ”), Pavel Paşayev ("Stal”, Ukrayna).
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Əfran İsmayılov (hamısı "Qarabağ”), Rəhman Hacıyev, Araz Abdullayev (hər ikisi "Neftçi”), Elvin Məmmədov ("Zirə”), Emin Mahmudov ("Boavişta”, Portuqaliya), Dmitri Nazarov ("Erzqedirqe”, Almaniya), Eddi İsrafilov ("Kadiz”, İspaniya).
Hücumçular: Namiq Ələsgərov, Mahir Mədətov (hər ikisi "Qarabağ”), Ağabala Ramazanov ("İnter”), Ruslan Qurbanov ("Neftçi”), Ramil Şeydayev ("Trabzonspor”, Türkiyə).
Fanat.Az