"Bakı" klubunun I dəstədə çıxış etməyəcəyinin dəqiqləşdiyini xəbər vermişdik. 2 dəfə Azərbaycan çempionu olmuş klubun çempionatdan kənarlaşmasının səbəbinin maliyyə durumu ilə bağlı olması heç kimə sirr deyil.
Qaynarinfo.Az klubun gələcəyi ilə bağlı öyrənmək məqsədilə "Bakı"nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxlayıb: "Axşam klubun sahibi Hafiz Məmmədovla görüşəcəm. Ondan sonra klubun gələcəyi ilə bağlı bir söz deyə bilərəm. Ancaq indiyə olan vəziyyətə görə deyə bilərəm ki, biz PFL-ə iştirak etmək üçün sənədlərimizi bu dəfə təqdim etməmişdik".
Qeyd edək ki, I dəstədə yeni mövsümdən iştirak edəcək komandaların sayı 14 olacaq. "Neftçala" və "Bakı"nı "Rəvan" və "Səbail" əvəzləyib.
Fanat.Az