Bu gün I divizionun 2016/17 mövsümünün püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verur ki, mərasimdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iştirak edib.
Püşkatmaya əsasən ilk turun oyun cədvəli müəyyənləşib:
Rəvan - Turan Tovuz
Zaqatala - Şahdağ
Şəmkir - Şərurspor
Bakılı - Ağsu
Mil Muğan - Səbail
MOİK - Energetik
Qaradağ Lökbatan - Göyəzən
Qeyd edək ki, yeni mövsümdən 14 komanda 2 dövrə üzrə mübarizə aparacaq. İlk turun oyunları 7-8 sentyabrda keçiriləcək.
Fanat.Az